Baş nazir müavini: "Azərbaycan və Ermənistan kommunikasiyaların açılması məsələsində razılaşmaya yaxındır"
Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinlərindən ibarət İşçi Qrupu istismar ediləcək dəmir yollarının xəritəsinə dair razılaşmaya yaxındır.
ENA.az xəbər verir ki, bunu Ermənistan baş nazir müavini Mher Qriqoryan parlamentdəki çıxışında bildirib.
Onun sözlərinə görə, avtomobil yolları xəritəsinə dair müzakirələr davam edir.