Pentaqonun İran müharibəsinə xərci 38 milyard dolları keçib
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının Pentaqona əməliyyat xərci avqustun 1-nə təxminən 38 milyard dollara çatıb.
ENA.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Büdcə Ofisi (CBO) məlumat yayıb. Hesablamaya fevralın sonunda başlayan hərbi əməliyyat çərçivəsində istifadə olunan sursatların yenilənməsi, itirilmiş hərbi texnikanın əvəzlənməsi, uçuş saatlarının artması, sahə əməliyyatları və yanacaq xərcləri daxildir.
CBO-nun hesablamasına görə, münaqişə davam edərsə, hər əlavə ay ABŞ-a şiddətindən asılı olaraq 2-3 milyard dollar xərc yarada bilər. Münaqişənin genişlənməsi halında aylıq xərclərin daha da artacağı gözlənilir.
Hesabatda həmçinin hava hücumundan müdafiə raketlərinin geniş istifadəsinin ABŞ-ın hərbi ehtiyatlarını zəiflətdiyi bildirilir. Hürmüz boğazı və Qırmızı dənizdə daşımaların pozulmasının isə neft və yanacaq qiymətlərini artıraraq inflyasiyaya təzyiq göstərdiyi qeyd olunur.


















