Qablaşdırma xammalına gömrük rüsumları ləğv edilə bilər
“Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası qablaşdırma sahəsində idxal edilən xammalın gömrük rüsumlarının azaldılması və ya tamamilə ləğv edilməsi ilə bağlı təkliflər hazırlayıb”.
Bu barədə assosiasiyanın İdarə Heyətinin sədri Kamran Hacızadə deyib.
O bildirib ki, sözügedən təkliflər Azərbaycan Sahibkarlar Konfederasiyası, İqtisadiyyat Nazirliyi ilə birgə hazırlanaraq Prezident Administrasiyasına təqdim edilib.
“Çox güman ki, gələn il bu istiqamətdə dəyişikliklər olacaq”,- deyə K.Hacızadə vurğulayıb.