İran prezidenti Azərbaycanla sərhədə gəldi
İran prezidenti Seyid İbrahim Rəisi bu gün səhər Güney Azərbaycanın Ərdəbil vilayətinə gəlib.
ENA.az saytı İran mətbuatına istinadən xəbər verir ki, bu səfər prezidentin səkkizinci vilayət turu çərçivəsində gerçəkləşib.
Prezidenti Seyid İbrahim Rəisini Farsabad Hava Limanında Ərdəbilin imam cüməsi Seyid Həsən Amuli, vilayətin valisi və bir qrup yerli məmur qarşılayıb.
Prezident Rəisini nazirlər müşayiət edir.
İbrahim Rəisinin bu səfər çərçivəsində bəzi layihələrin açılış mərasimində iştirak edəcəyi gözlənilir.