TURİZM

Sinovak və ya PZR testlə hansı şengen ölkəsinə getmək olar?

Koronavirus əleyhinə peyvəndlər yaranandan bəri bir çox Qərb mediasında ciddi təbliğat aparıldı ki, Avropa Birliyi tərəfindən tanınmayan peyvəndlərlə Avropaya, daha dəqiq desək Avropa Birliyi ölkələrinə getmək olmayacaq. İlk tətbiq olunan vaksinlərdən biri sayılan Sinovac şirkətinin Coronavac və Rusiyanın Sputnik-V peyvəndi indiyə kimi 2 milyard dozadan çox istifadə olunub. Bu kiçik rəqəm deyil. Bəzi Avropa Birliyi ölkələri bu qədər potensial turisti itirmək istəmədilər və bu vaksinləri vurdurmuş və ya PZR testin neqativ nəticəsi ilə gələn xarici ölkən vətəndaşlarını qəbul etməyə başladılar.

Vizam.az konsaltinq şirkətindən aldığımız məlumata görə, aşağıdakı ölkələrə Sinovak və ya PZR) testlə (və ya ikisi birlikdə) getmək olar.

  • İsveçrə
  • İspaniya
  • Portuqaliya
  • Niderland
  • Avstriya
  • Macarıstan
  • Lüksemburq
  • Yunanıstan

Bəzi hallarda vaksin olunmuş şəxslərdən PZR testin neqativ nəticəsini də istəyirlər, bəzən ölkə tələb etmədiyi halda çıxış ölkəsində tələb olunur və s. Tövsiyəmiz budur ki, şengen ərazisinə daxil olan zaman peyvənd sertifikatınız olsa belə, PZR testin neqativ nəticəsini də özünüzlə götürün. Üstəlik, bu qaydalar tez-tez dəyişdiyi üçün daşıyıcı avişirkətdən və ya ölkələrin səlahiyyətli qurumlarının rəsmi veb-saytından ən yeni məlumatları ala bilərsiniz.

Fransa maraqlı bir addım atıb. Cari qaydalara görə, əgər iki doza Sinovak vurmusunuzsa, bir doza da “booster”, yəni gücləndirici Pfizer vurandan 7 gün sonra Fransaya rahat gedə bilərsiniz.

Polşa isə Sinovak-ı qəbul etmir, qəbul olunan Pfizer-siz gələn Azərbaycan vətəndaşları 10 günlük karantinə alınacaqlar.

Böyük Britaniya isə ümumiyyətlə Azərbaycanda verilən peyvəd sertifikatını qəbul etmir. Turistik məqsədlə Britaniya gedən vətəndaşlarımız 10 günlük karantində qalmalıdırlar. Bununla bərabər, səfərin 2-ci və 8-ci günündə test olunmaq üçün 291 funt da ödəmək lazımdır.

Səyahət blogeri Azər İsmayıl hesab edir ki, indiki şəraitdə Yunanıstan, İsveçrə və Portuqaliya səfər etmək üçün ən yaxşı seçimlərdəndir. Sənədlər qaydasındadırsa hər üç ölkəyə viza almaq şansı yüksəkdir.

aviatravel.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)