“Ukrayna” dairəsi dəyişiklikdən sonra bu formada olacaq – Video
“Ukrayna” dairəsində yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə layihə hazırlanır.
ENA.az xəbər verir ki, layihə çərçivəsində mövcud dairənin yerində yeni turbo tipli dairənin inşa edilməsi planlaşdırılır ki, bu, nizamlanmayan mürəkkəb yol kəsişmələri üçün yeni bir yanaşma, eyni zamanda müasir həll yolu hesab edilir.
Layihənin icrasından sonra “Ukrayna” dairəsində bu dəyişikliklər olacaq:
- Mübahisəli nöqtələr minimuma endiriləcəyindən təhlükəsizlik təmin olunacaq;
- Dairənin hərəkəti buraxma qabiliyyəti artırılacaq;
- Hesabi hərəkət şiddəti və sürəti optimallaşacaq;
- Piyadaların təhlükəsizliyi və rahatlığı təmin ediləcək.
Qeyd edək ki, layihə hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.