Birja

Azərbaycanın aviaşirkəti istiqraz buraxır

Azərbaycanın yük aviadaşıyıcısı “Silk Way West Airlines” $50 milyon dəyərində istiqrazların emissiyasını planlaşdırır. Bu barədə  Bakı Fond Birjasından (BFB) məlumat verilib.

“Silk Way West Airlines” $50 milyon dəyərində istiqrazların emissiyasını planlaşdırır. İstiqrazların tədavül müddəti 3 ildir, illik gəlirlilik – 5% (faizlərin ödənişi übdə bir dəfə həyata keçiriləcək) təşkil edəcək”, - birjadan qeyd ediblər.

Cəlb olunan vəsaiti şirkət genişləndirmə çərçivəsində yeni layihələrin reallaşdırılması, həmçinin cari layihələrin reallaşdırılmasının sürətləndirilməsinə yönəldəcək.

Emissiyanın ilk tranşı $25 milyon təşkil edəcək və hər birinin nominal dəyəri 1 min ABŞ dolları, olan 25 min ədəd istiqraza bölünəcək.

Yerləşdirmə üzrə anderrayter qismində “PAŞA Capital” İnvestisiya Şirkəti çıxış edəcək.

“Silk Way West Airlines” hava yolu yükdaşıma şirkətinin əsası 2012-ci ildə Bakıda qoyulub. Aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 350 min ton təşkil edir. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli “Silk Way West Airlines” ayda 40 istiqamət üzrə 350-yə yaxın uçuş həyata keçirir. Aviaşirkətin donanması ən müasir təhlükəsizlik sistemləri ilə təchiz olunmuş 12 ədəd “Boeing 747-8F” və “Boeing 747-400F” yük təyyarəsindən ibarətdir.**

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)