Sənaye

SOCAR-ın neft hasilatı son 9 ilin minimumuna düşüb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2020-ci ildən bu tərəfə ən aşağı həcmdə neft hasil etdiyini açıqlayıb.

Bu barədə SOCAR-ın illik hesabatında deyilir..

2020-ci il ərzində SOCAR-ın hasil etdiyi neftin həcmi 27.1 mln. ton təşkil edib. Bu da 2019-cu illə müqayisədə 9% azalma dinamikasıdır. Bununla da 2011-ci ildən bu tərəfə ən aşağı həcmdə neft hasil edib. Ən yüksək rəqəm isə 2012-ci ildə – 37.2 mln. ton təşkil etmişdi.

Regionun nəhəng şirkəti açıqlayır ki, öncəki ildə Azərbaycanda xarici şirkətlərlə cəmi 7.4 mln. ton həcmində xam neft hasil etmişlər ki, bu öncəki ildə 7.7 mln. ton idi. Beləliklə, respublika üzrə 34.5 mln. ton həcmində neft hasil etmişlər.

Azalmaya əsas səbəb 2020-ci ildə pandemiya səbəbindən enerji daşıyıcılarına olan tələbin kəskin düşməsi və ölkənin OPEC+ alyansına qoşulmaqla neftin hasilatında kvota tətbiq etməsidir.

211212

Qaz hasilatı yüksəlişdə

Neft hasilatının 9 ilin minimumuna düşsə də, qaz hasilatında rəqəmlər ilbəil müsbət dinamika ilə irəliləyir. Respublikada 37.1 mlrd. kub-m həcmində təbii qaz hasil edilib, o cümlədən 29.8 mlrd. kub-m-i SOCAR-ın və 7.3 mlrd. kub-m-i isə xarici şirkətlərlə birgə payına düşür.

SOCAR-ın qaz hasilatı son illərin ən yüksək rəqəmidir. Buda ölkədə təbii qaza tələbin yüksəlməsi və xaricə ixracın (Cənubi Qaz Dəhlizi vasitəsi ilə) böyük həcmdə artmasıdır.

222

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)