Vahid Ələkbərov "LUKoil"da payını artırıb
Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov rəhbərlik etdiyi şirkətin 604,51 mln. rubl (9 mln. ABŞ dolları) dəyərində 123,5 min səhmini satın alıb.
“BI” TASS-a istinadən xəbər verir ki, alqı-satqı dekabrın 21-də birjadankənar təkrar bazarda baş tutub.
Bununla da iş adamı "LUKoil"da payını 2,825%-dən 2,84%-ə çatdırıb.