“Qala Sığorta”nın rəhbərliyinə iki təyinat olub
“Qala Sığorta” ASC-nin Direktorlar Şurasına iki şəxs seçilir. Bu barədə Banker.az şirkətə yaxın mənbələrdən məlumatı əldə edir.
Bununla bağlı “Qala Sığorta”nın səhmdarları qərara gəliblər.
Bunlardan biri Şamil Hüseynov Kazım oğlu üzv kimi və Elxan Gülməmmədov Zakir oğlu isə müstəqil üzv kimi seçiliblər.
Qeyd edək ki, “Qala Sığorta”nın Direktorlar Şurasının sədri Kamal İbrahimovdur. O, hazırda həmçinin “Baku Steel Company” MMC-nin direktorudur.