Birja

Neftin qiyməti üç illik maksimuma yüksəldi

Dünya birjalarında neftin noyabr fyuçerslərindəki qiyməti yenidən bahalaşaraq son üç ilin maksimumuna yüksəlib.

ENA.az xəbər verir ki, Bakı vaxtı ilə 08:55 radələrinə Londonun ICE birjasında Brent markalı xam neftin bir barreli 10 sent, yaxud 0.13% bahalaşma ilə 77.36 dollara yüksəlmişdir. WTI markalı xam neft isə 73.32 dollara qədər bahalaşıb.

Brent markalı xam neft sonuncu dəfə bu qiymətə 2018-ci ilin 21 oktyabrında (77.64 USD/bll.) qeydə alınmışdı və sonrakı mərhələlərdə ucuzlaşmağa başlamışdı. Ən baha qiymət isə 2008-ci ilin 6 iyulunda qeydə alınmış, həmin zamanda 144.26 dollara ticarət olunurdu.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department