Bank

Azərbaycanın bank sektorunun xalis mənfəəti 4 % artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 455,2 milyon manat xalis mənfəət əldə edib.

ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə % çoxdur.

8 ay ərzində bankların əməliyyat gəlirləri 1 938,2 milyon manat (1 il əvvələ nisbətən 14,45 % çox), əməliyyat xərcləri 1 269,5 milyon manat (18,1 % çox), xüsusi ehtiyatlara ayırmaları 132,2 milyon manat (78,2 % çox), gözlənilməz gəlirləri 0,7 milyon manat (7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 81,9 milyon manat (23,4 % az) təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)