Sosial iqtisadiyyat

Azərbaycanın idxal etdiyi buğdanın qiymətləri 18% artıb

Azərbaycan bu strateji məhsul olan buğdanın idxalını 30% azaldıb.

ENA.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Cari ilin ilk 8 ayı ərzində 480.96 min tonluq buğda idxalına 122.25 milyon dollar xərc çəkib. Bu da buğdanın hər tonunun 254.17 dollar olması deməkdir.

Öncəki ildə isə 688.73 min tonluq buğda üçün 147.19 mln. dollarlıq xərc etdiyni nəzərə alsaq hər tonunun 213.70 dollara başa gəldiyini müşahidə edə bilərik.

Yəni son bir ildə buğda qiymətləri hər tonda 40.47 ABŞ dolları, yaxud 19% artıb.

Qeyd edək ki, Azərbaycan buğdanın 99%-ə qədərini Rusiya Federasiyasından idxal edir.

İdxal edilmiş arpanın həcmi isə 14.43 min ton olmaqla, idxal dəyəri 3.09 mln. dollar olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)