Azərbaycan xam neft ixracını 10 %-dək azaldıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 18 milyon 771 min 176,40 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
ENA.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 8 milyard 498 milyon 811,15 min ABŞ dolları təşkil edib.
Bu ilin 8 ayında ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 9,5 % az, dəyəri isə 25,1 % çoxdur.
Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 65,7 % olub.