Sağlamlıq

Səhiyyə Nazirliyi əhaliyə müraciət edib

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov pandemiya ilə əlaqədar əhaliyə müraciət edib.

ENA.az xəbər verir ki, o, vətəndaşları diqqətli olmağa çağırıb.

T.Eyvazov xatırladıb ki, ölkədə karantin qaydaları yumşaldılıb.

Nazirlik rəsmisi əlavə edib ki, ölkədə son zamanlarda koronavirusa yoluxma halları artsa da yenidən məhdudiyyətlər tətbiq edilməyib: “Təcrübə göstərdi ki, biz doğru yoldayıq. Hazırda yoluxma dalğasının enişindəyik. Payız-qış mövsümü, məktəblərin açılması, Məhərrəmlik ayının bitməsi ilə toyların yenidən başlaması yaxın təmasların artması deməkdir. Eləcə də havalar soyuduğundan toy mərasimləri açıq havada deyil, qapalı məkanlarda keçiriləcək. Yoluxma sayında artımın olmaması üçün mümkün risklər qiymtələndirilməli, kütləvi yerlərdən uzaq durulmalı, lazımi qaydalara əməl edilərək vaksinasiya prosesində iştirakı təmin etməliyik. Belə olan halda müsbət irəliləyişləri müşahidə ola bilərik. Digər məhdduyiyyətlərin də aradan qaldırılmasına zəmin yaratmış olarıq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department