ENA+

Gürcüstanda orta maaş 400 dolları keçib

Bu ilin II rübündə Gürcüstanda orta aylıq nominal əməkhaqqı illik müqayisədə 15,5 % artaraq 1 328 lari (427,7 ABŞ dolları) olub.

Bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, aprel-iyunda ən yüksək maaşı - 2 355 lari (758 dollar) olmaqla maliyyə və sığorta sahəsində çalışanlar alıb.

İnformasiya və kommunikasiya (2 173 lari/699 dollar), tikinti (2 006 lari/646 dollar) və peşə, elmi və texniki fəaliyyət (1 920 lari/618 dollar) sahələrində də yüksək əmək haqları ödənilib.

Hesabat dövründə qonşu ölkədə kişilərin orta aylıq maaşı 1 560 lari (502 dollar), qadınlarınkı isə 1 078 lari (347 dollar) təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)