MALİYYƏ

Azərbaycanın tədiyyə balansının qalığı 1 milyardı keçib

Bu ilin I yarısında Azərbaycanın tədiyyə balansının ümumi qalığı 1 261,3 milyon ABŞ dolları təşkil edib. Halbuki ötən ilin eyni dövründə tədiyyə balasında 957,5 milyon dollarlıq kəsir yaranmışdı.

ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 1 878,4 milyon dollarlıq qalıq (illik müqayisədə 3,1 dəfə çox), kapital hesabındakı 4,6 milyon dollarlıq kəsir (40,3% az), maliyyə hesabındakı 578,5 milyon dollarlıq kəsir (39% az), balanslaşdırıcı maddələr üzrə 34 milyon dollarlıq kəsir (17,6 dəfə az) hesabına formalaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department