Sığorta

Azərbaycanda sığorta şirkətlərinin qadağa qoyduğu - AVTOMOBİL MARKALARI – SİYAHI

Azərbaycanda sığorta şirkətlərinin icbari sığortalamaqdan imtina etdikləri avtomobil modelləri açıqlanıb.

ENA.az xəbər verir ki, son illər ölkədə avtomobillərin həm ümumi sayının, həm də taksi xidmətində istifadə olunan avtomobillərin artması nəticəsində icbari sığortada zərərlilik kəskin yüksəlib.

Nəticədə sığorta şirkətləri bəzi modelləri sığortalamaqdan yayınırlar.

Sığorta şirkətlərinin «baş ağrısı»: kiçik avtomobillər

Son illər ölkədə avtomobillərin sayı kəskin artsa da, artım əsasən kiçik həcmli mühərrikli avtomobillərin hesabına olduğuna görə, icbari sığorta yığımlarının həcmi ciddi şəkildə artmayıb.

Nəticədə, sığorta şirkətlərinin təminatları və ödənişləri yığımlarından daha sürətlə artır və zərərlilik yüksəlir.

Məlumat üçün bildirək ki, qüvvədə olan qaydalara əsasən mühərrik həcmi 1500 kubsantimetrədək olan avtomobillərin sığorta haqqı 50 manatadək, 2000 kubsantimetrədək olan avtomobillərdə isə 75 manatadək təşkil edir. Sığorta şirkətinin verdiyi təminat isə istənilən mühərrikli avtomobil üçün 5000 manat təşkil edir.

Bonus-Malus sistemi «bir tərəfli» işləyir

Doğrudur, qanunda Bonus-malus sistemi də nəzərdə tutulub. Bu qaydaya görə, avtomobili qüsursuz, yəni qəzasız idarə edənlər növbəti ilə daha aşağı sığorta haqqı ödəyirlər (təminat olduğu kimi 5000 manat qalmaqla) – bu Bonus qaydasıdır.

Qəza törədənlər  isə növbəti ilə daha yüksək sığorta haqqı ödəməlidirlər – bu Malus qaydasıdır.

Amma reallıqda bu qayda da birtərəfli işləyir – qəzası olan avtomobil sahibləri müxtəlif üsullardan (o cümlədən avtomobili başqa şəxsin adına sığorta etməklə) istifadə etməklə sığorta haqqını növbəti il də aşağı məbləğdə ödəməyə nail olurlar. Bu da sığorta şirkətləri üçün sərfəli olmayan vəziyyət yaradır.

Komissiya ödənilməyən avtomobillər

Vəziyyətdən çıxmaq üçün sığorta şirkətləri daha az sığorta haqqı hesablanan kiçik mühərrikli avtomobillərin sığortasından yayınmağa çalışırlar.

Qanunla buna qadağa qoymaq mümkün olmasa da, şirkətlər sığota agentlərinə elan ediblər ki, kiçik həcmli avtomobillərə görə, agent komissiyası (qanunla sığorta haqqının 15%-ni keçməməlidir, amma bəzi şirkətlərdə bu məbləğ 30-35%-ə çatır) ödəməyəcəklər.

Nəticədə son illər 1,5-2 litr mühərrikli avtomobillər üçün agent komissiyasının ödənilməməsi adi hal idi.

«Həmin avtomobilləri sığorta etsəniz əməkdaşlıq dayandırılacaq»

Son günlər isə sığorta şirkətləri bu qadağanı daha da sərtləşdiriblər. Bəzi şirkətlərin agentlərə göndərdiyi məktubda bildirilir ki, sözügedən avtombilləri sığorta edən agentlərə nəinki komissiya verilməyəcək, hətta onlarla əməkdaşlıq dayandırılacaq.

Qadağa tətbiq edən şirkətlər və qadağa qoyulan modellər

«Sığorta qadağası» təkcə avtomobillərin mühərrik həcmi ilə deyil, bəzi markalar və modellərə də aiddir.

Məsələn, «Paşa sığorta» mühərrik həcmi 2000 kubsantimetrdən az olan avtomobillərə müqavilə yazan agentlərlə əməkdaşlığı dayandıracağını elan edib.

«Günay sığorta» Bakı, Sumqayıt və Abşeron qeydiyyatlı mühərrik həcmi 2000 kubsantimetrdən az olan avtomobillərə qadağa qoyub. Eyni qadağa «Qala sığorta»da da mövcuddur.

«Azsığorta» isə «Toyota Prius» modelini sığorta edən agentlərlə müqaviləni dayandıracağı barədə xəbərdarlıq edib.

«Xalq sığorta»da bu qadağa mühərriki 1500 kubsantimetrə qədər olan avtomobilləri əhatə edir.

Belə ki, sığorta şirktələrinin əksəriyyəti aşağıdakı avtomobillərə bu və ya digər formada qadağa qoyublar. Onların əksəriyyəti taksi fəaliyyətində istifadə olunanlardır. Bununla yanaşı, qeyd edək ki, sözü gedən avtomobillərin sahibləri agerntlərin köməyi olmadan da, onlayn şəkildə öz avtomobillərini sığorta edə bilərlər.

 

Qadağa tətbiq edilən avtomobillər aşağıdakılardır:

 

  1. Azsamand/ Bütün modellər
  2. Khazar/Bütün modellər
  3. Daewo/BS090 avtobus, Gentra,
  4. Damas Yük
  5. Qoşqu və yarımqoşqular/bütün növ
  6. Fiat/Albea
  7. Hyundai/Country avtobus
  8. İsuzu/Ecobus, SAZ NP 37 avtobus
  9. Kia/Forte
  10. London Taksi/Bütün modellər
  11. MG/bütün modellər
  12. Ravon/Bütün modellər
  13. Renault/Megane, Tondar
  14. Saipa/Bütün modellər
  15. ZAZ
  16. GELLY
  17. Baic
  18. Dong Feng
  19. Tofaş
  20. Changan
  21. Renault
  22. Toyota prius
  23. Chevrolet Cruze 2016-dək
  24. Toyoto Prius 2016-dək
  25. Ford Fusion 2016-dək
  26. Kia Rio 2016-dək
  27. BMÜ 3-cü seriya 2001-dək
  28. Mercedes Benz C Class 2001-dək
  29. Mercedes Benz 190
  30. Opel Astra
  31. Opel Vectra
  32. Saipa
  33. Daewoo Nexia və Gentra
  34. İran Khodro
  35. London Taksi
  36. Lada (Vesta, Granta, Largus, Xray istisna olmaqla)

 

Amma bəzi şirkətlərdə tətbiq edilən qadağa avtomobilin sahibindən də asılıdır. Məsələn, «Bakı Sığorta»nın agentlər qarşısında qoyduğu tələbə əsasən, bəzi avtomobil modelləri yalnız dövlət təşkilatlarına məxsus olduğu zaman sığortalana bilər. Digər hallarda həmin modellərin sığortası qadağandır.

Onlar aşağıdakılardır:

 

1.     İranKhodro (dövlət idarə və təşkilatlarının balansında olan nəqliyyat vasitələri istisna olmaqla ).

2.     Azsamand (dövlət idarə və təşkilatlarının balansında olan nəqliyyat vasitələri istisna olmaqla ).

3.     Khazar (dövlət idarə və təşkilatlarının balansında olan nəqliyyat vasitələri istisna olmaqla).

4.     Ravon (dövlət idarə və təşkilatlarının balansında olan nəqliyyat vasitələri istisna olmaqla )

5.     Renault (Megane, Tondar, Clio, Symbol, Scenic, Laguna, Kangoo, Sandero ).

6.     Tofaş (99 seriyalı avtomobillərdən başqa dövlət idarə və təşkilatlarının balansında olan, rayon seriyalı dövlət qeydiyyat nişanlı avtomobillər istisna olmaqla).

7.     Lifan ( SUV və dövlət idarə və təşkilatlarının balansında olan nəqliyyat vasitələri istisna olmaqla).

8.     Geely ( 2018-ci ilə kimi istehsal edilmiş modellər, bütün SUV modellər istisna olmaqla )

9.     Changan ( 2018-ci ilə kimi istehsal edilmiş EadoAlsvin qadağa olunmuş siyahıdadır)

10.  Dong Feng ( Fengshen S30 ).

11.  London Taksi  ( LEVC TX, TX ).

12.  Saipa (bütün modellər).

13.  ZAZ (99 seriyalı fiziki şəxs avtomobillərindən başqa dövlət idarə və təşkilatlarının balansında olan, rayon seriyalı dövlət qeydiyyat nişanlı avtomobillər istisna olmaqla)

14.  Daewoo (  BS090, Gentra, Damas, Nexia )

15.  Fiat ( Albea )

16.  Opel ( Astra, Vectra, Corsa ) , ( 2016-cı ildək, 2016-cı ildə daxil olmaqla qadağa olunmuş siyahıdadır (99 seriyalı fiziki şəxs avtomobillərindən başqa dövlət idarə və təşkilatlarının balansında olan, rayon seriyalı dövlət qeydiyyat nişanlı avtomobillər istisna olmaqla )

17. İJ minik (99 seriyalı fiziki şəxs avtomobillərindən başqa dövlət idarə və təşkilatlarının balansında olan, rayon seriyalı dövlət qeydiyyat nişanlı avtomobillər istisna olmaqla)

18.  Baic ( A113, A115 )

24.  VAZ (99 seriyalı fiziki şəxs avtomobillərindən başqa dövlət idarə və təşkilatlarının balansında olan, rayon seriyalı dövlət qeydiyyat nişanlı avtomobillər istisna olmaqla).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department