Sosial iqtisadiyyat

Fransa Azərbaycana 400 min avro ayırmaq istəyir

Fransa işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 000 avro ayırmaq niyyətindədir.

Bu barədə məlumatı Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz tvitter hesabında paylaşıb.

“Məcburi köçkünlərin öz torpaqlarına qayıda bilməsi üçün beynəlxalq əməkdaşlığa ehtiyac duyulan sahələrdən biri də ərazilərin minalardan təmizlənməsidir. Qarabağda minadan təmizlənmə tələb edən ərazilər çoxdur. Bu səbəbdən də, Fransanın ərazilərin minalardan təmizlənməsi üçün bu il 400 000 avro ayırmaq niyyətində olduğu ilə bağlı ANAMA-nı rəsmi olaraq məlumatlandırmaqdan məmnun oldum”, – deyə səfir qeyd edib.

qross

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)