Aqrar

Azərbaycanın Taxıl Məhsulları şirkəti bu məhsulların alışına başlayıb - QİYMƏTLƏR

2022-ci ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Gəmiqaya Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti və digər taxıl qəbulu müəssisələri tərəfindən tələbatdan artıq istehsal olunmuş buğda, arpa və qarğıdalı məhsulları aşağıda qeyd edilmiş qiymətlərlə satın alınacaqdır:

ENA.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Buğda – 50 qəpik

Arpa – 40 qəpik

Qarğıdalı (dən üçün) – 35 qəpik

Qarğıdalı (yağ üçün) – 42 qəpik

Bildirilir ki, bu məhsulların satın alınması aşağıda göstərilən tarixlərdən başlanılacaqdır:

Arpa – 10 iyun 2022-ci il tarixdən

Buğda – 10 iyul 2022-ci il tarixdən

Qarğıdalı – 20 sentyabr 2022-ci il tarixdən

Əkinçilərin nəzərinə çatdırılır ki, təqdim olunan məhsulun ödənişi yerində həyata keçiriləcəkdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)