DSX-yə yeni sözçü təyin olunub
Dövlət Sərhəd Xidmətində (DSX) kadr təyinatı olub.
Məlumata görə, bununla bağlı DSX-nin rəisi general-polkovnik Elçin Quliyev əmr imzalayıb.
Əmrə əsasən, polkovnik-leytenant Rəşad Məşədiyev qurumun Mətbuat Mərkəzinin mətbuat katibi vəzifəsinə təyin edilib.
DSX-nin Mətbuat Mərkəzi “Report”a faktı təsdiqləyib.