Böyük Britaniya Azərbaycan ərazilərində minaların təmizlənməsinə 500 min funt sterqlinq vəsait ayırıb
Birləşmiş Krallıq İKinci Qarabağ müharibəsindən sonra BMT İnkişaf Proqramının (İP) həyata keçirəcəyi tədbirlərə dəstək olmaq üçün 500 000 funt sterlinq məbləğində maliyyə ayırlb.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Ayrılmış vəsait minalardan təmizləmə işlərini dəstəkləmək üçün təlim və kadr hazırlığına kömək edəcək və Birləşmiş Krallıq digər ölkələri BMTİP təşəbbüsünü dəstəkləməyə çağırır.
"Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına verilən vəsait mina təmizləməsini dəstəkləmək və Dağlıq Qarabağda və ətrafındakı bölgələrdə çirklənmiş əraziləri insanların istifadəsi üçün təhlükəsiz hala gətirmək üçün təlim və kadr hazırlığına kömək edəcək".
Bölgədəki müsbət dəyişikliyə doğru fəaliyyətlərin aparıcı qüvvəsi olaraq Birləşmiş Krallıq 2020-ci il Dağlıq Qarabağ münaqişəsindən sonra humanitar dəstəyi elan edən ilk ölkə olub və zərər çəkmiş insanları dəstəkləmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə 1 milyon funt sterlinq ianə edib.
Hazırda isə Birləşmiş Krallıq münaqişə və ya partlamamış hərbi sürsat səbəbiylə evlərindən didərgin düşən əhalinin öz həyatlarını yenidən qurmasına və bölgəyə qayıtmasına kömək etməsinə dəstək olmaq üçün digər ölkələri də BMT-nin təşəbbüsünü dəstəkləməyə çağırır", - səfirliyin açıqlamasında bildirilib.
Avropa Qonşuluq və Amerika üzrə dövlət naziri Vendi Morton qeyd edib ki, Qarabağ və ətrafındakı ərazilər dünyanın ən çox minalanmış bölgələrindən biridir və bu bölgələrdən mülki vətəndaşların həyatlarını itirdikləri və ya həyatları üçün ağır fəsadlar yaradan xəsarətlər aldıqları barədə tez-tez məlumatlar verilir.