Baku Electronics işçi axtarır - VAKANSİYA
Daxili təchizat üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
– Şirkətin daxili təchizat üzrə sifarişlərin təmin etmək,
– Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasını hazırlamaq və təhlilini təşkil etmək;
– Şirkətin inzibati bina, mebel, ofis texnikası, rabitə vasitələri, kargüzarlıq ləvazimatları, kompüter, təsərrüfat inventarı, idarəetmənin texniki vasitələri və digər zəruri avadanlıqlar ilə təmin edilməsi üçün tədbirlər görmək,
– Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək,
– Alınmış mallar və görülmüş işlər barədə hesabatların hazırlanması.
Tələblər:
– Ali təhsil,
– Anoloji sahədə 1-2 il iş təcrübəsi,
– Satınalma prosesləri və ümumi prinsipləri anlamaq,
– Yüksək kommunikasiya bacarığı,
– Bazarı təhlil etmək bacarığı,
– Məsuliyyətli, diqqətli və dəqiq,
– MS Office proqramları ilə işləmək bacarığı.
Namizədlərdən müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini (hr@bakuelectronics.az) elektron poçtuna göndərmələri xahiş olunur.
"Mövzu" bölümündə müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir.