Özbəkistan Əfqanıstanın hərbi təyyarəsini vurdu
Özbəkistan Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin hava sərhədlərini pozan Əfqanıstan təyyarəsini vurub.
“RİA Novosti” xəbər verir ki, bu barədə Özbəkistan Müdafə Nazirliyindən bildirilib.
Surxandərya vilayətinin Şerabad rayonu ərazisində Əfqanıstana məxsus hərbi təyyarənin Özbəkistanın hava sərhədlərini pozduğu zaman Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulduğu qeyd edilib.