Sosial iqtisadiyyat

Vergi Xidməti proqnozdan əlavə büdcəyə 74 mln. manat köçürüb

Dövlət Vergi Xidməti tərəfindən büdcə proqnozunun tapşırıqları cari ilin altı ayında uğurla icra edilib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, ərazi vergi orqanları tərəfindən dövlət büdcəsinə 388,4 milyon manat proqnoza qarşı 462,6 milyon manat vəsaitin daxil olması təmin olunaraq, proqnozun icrası 74,2 milyon manat artıqlaması ilə və ya 119,1 faiz təmin edilib.

Həmçinin yerli mənbələr üzrə dövlət büdcəsinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,1 milyon manat və ya 6,7 faiz çox vəsait daxil olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)