Neftin qiymətində kəskin düşmə - QİYMƏT
Xam neftin qiymətləri bazar ertəsi ticarət zamanı kəskin düşdü.
ICE Futures London birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti 9:00-a 69,46 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın sonundakı qiymətdən 1,24 dollar ucuzdur.
Nyu -York Ticarət Birjasının (NYMEX) elektron ticarətində sentyabr ayı üçün WTI fyuçersləri bu vaxta qədər 66.99 dollar/barel təşkil edir ki, bu da əvvəlki seansın son dəyərindən 1.29 dollar aşağıdır.
Ötən həftənin sonunda qiymətlər bir neçə ayın ən əhəmiyyətli düşməsini göstərdi. Brent fyuçersləri 6%-dən çox, WTI fyuçersləri isə təxminən 7% qiymət itirdi.
Trading Economics yazır ki, qlobal yanacağa olan tələbatın zəifləməsinə səbəb ola biləcək yeni delta koronavirusunun sürətlə yayılması ilə bağlı artan narahatlıqlar neft bazarındakı təzyiqləri davam etdirir.
ANZ-in analitikləri tələbatın proqnozu ilə bağlı qeyri-müəyyənliyi şərtləndirən əsas amillərdən biri kimi dünyanın ikinci ən böyük neft istehlakçısı olan Çindəki məhdudiyyətləri göstərir.