Neft sürətlə ucuzlaşır - 50 DOLLARA DÜŞDÜ

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 2,91 dollar və ya 6,38% azalaraq 42,68 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 3,35 dollar və ya 6,22% azalaraq 50,47 dollar təşkil edib.