Avstraliyanın ən iri birjası “Mastercard” kriptovalyuta kartı buraxıb
Avstraliyanın ən iri rəqəmsal aktivlər birjası “CoinJar” ölkədə ilk dəfə olaraq “Mastercard”ın dəstəklədiyi kriptovalyuta ödəniş kartı buraxıb.
ENa.az xarici mətbuata istinadən xəbər verir ki, yeni məhsul kriptovalyutanı ödəniş şəbəkəsi ilə işləyən bütün ticarət nöqtələrində xərcləməyə, bankomatda nağdlaşdırmağa imkan verir.
Kart fiziki və rəqəmsal formada əldə oluna bilər. O, 30-a yaxın rəqəmsal aktivi dəstəkləyir. Tranzaksiya həyata keçirilən zaman virtual valyuta dərhal avstraliya dollarına konvertsiya olunur.