Sosial iqtisadiyyat

Cüdoçuların maaşı azaldıldı, məşqçi heyəti qovuldu

Tokio-2020 Yay Olimpiya Oyunlarında uğursuz nəticə göstərən cüdo millisinin məşqçi heyəti qovulub.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib.

O bildirib ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun azərbaycanlı köməkçiləri – Elxan Məmmədov, Nazim Hüseynov, Mehman Əzizov, Elçin İsmayılov və Rüstəm Alimli istefaya göndərilib.

Komanda isə gənclərdən ibarət millinin məşqçi heyətinə tapşırılıb.

Həmçinin bəzi cüdoçuların maaşları da azaldılıb.

Qeyd edək ki, Azərbaycan cüdo yığması ilk dəfə Olimpiadaya tam heyətlə yollanmışdı. Komandamız 7 çəki dərəcəsinin hamısında idmançı ilə təmsil olunurdu. Cüdo millisi Tokio-2020-də ən çox medal gözlənilən komandalardan olsa da, yığmamız cəmi 1 bürüncə sevinə bildi. 9 cüdoçudan yalnız İrina Kindzerska fəxri kürsüyə qalxmağı bacardı. Medal ümidləri Rüstəm Orucov, Məmmədəli Mehdiyev Vətənə əliboş qayıtdılar

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)