Metroda gediş haqqı artırılır? - Tarif Şurasından AÇIQLAMA
“Bakı Metropoliteni”ndə gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət olunmayıb.
Bu barədə Tarif Şurasından bildirilib.
Məlumatda qeyd edilib ki, hazırda bu məsələnin müzakirəsi gündəmdə deyil.
Xatırladaq ki, Bakı metrosunda gediş haqqının artırılacağı barədə məlumatlar yayılıb. Bununla bağlı Tarif (qiymət) Şurasına müraciət olunduğu iddia edilir.
Hazırda metroda 1 sərnişin üçün gediş haqqı 30 qəpikdir.