Paşinyan Ermənistan-Azərbaycan sərhədində KTMT müşahidəçilərinin yerləşdirilməsini təklif edib
![](https://ena.az/uploads/news/2021-07/_ena_2104838db0833e30f9bc5fde8_o.jpg)
"Ermənistan-Azərbaycan sərhədində vəziyyət sabitləşmir".
ENA.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumətin iclasında bildirib.
O, Ermənistan-Azərbaycan sərhəddi boyunca KTMT müşahidəçilərinin yerləşdirilməsini və Rusiya sərhəd məntəqələrini yaratmağı təklif edib.