Sənaye

Azərbaycan neft ixracını 12 %-ə yaxın azaldıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 13,546 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

Bu barədə ENA.az Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 5,744 milyard ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-may ayları ərzində ixrac edilən xam neftin həcmi ötən ilin müvafiq dövründən 11,7 % azdəyəri isə 7,6% çoxdur.

Bu ilin 6 ayı ərzində Azərbaycanın ümumi ixracında xam neftin payı 75,1 % olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)