Sənaye

SOCAR neft və təbii qaz hasilatını artırıb

Bu ilin II rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birbaşa istismar etdiyi yataqlarda 1,988 milyon ton neft, 1,955 milyard kubmetr təbii qaz hasil olunub.

Bu barədə SOCAR-ın açıqlamasında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8 % və 7% çoxdur.

Ölkə üzrə ümumi qaz hasilatı ötən ilin müvafiq dövrünə nisbətdə 6,2% artaraq 9,953 milyard kubmetrə yaxınlaşıb. Bu dövr ərzində isə neft hasilatı isə 1,7 % azalaraq 8,421 milyon ton təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department