Vakansiyalar

Grow IT Distribution işçi axtarır - VAKANSİYA

Satış supervayzeri

Grou It Distribution” MMC şirkəti Satış supervayzeri vakansiyası üzrə namizədlərin axtarışındadır.

Vəzifənin təsviri

• Önəmli müştərilər üçün qiymət təkliflərinin hazırlanması, satışın hazırladığı təkliflərin yoxlanması;
• Satış heyəti ilə mütəmadi müştəri ziyarəti və məhsulların təqdimatı;
• Satış heyəti ilə gündəlik satışlar, hədəflər və qalıq borclarla bağlı toplantılar;
• Satış strategiyası yaratmaq, inkişaf etdirmək və idarə etmək;
• Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək;
• Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı;
• Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması;
• Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi;
• Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması;
• Ziyarət nəticələrinin izlənilməsi;
• Sifarişlərin icra olunması;
• Müştəridən sifarişlərin qəbul olunması;
• Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi;
• Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;
• Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması;
• Müştəri ödəmələrinin izlənilməsi.

Şərtlər

• Əmək haqqı - 1000 AZN;
• İş qrafiki həftə içi 09 : 00 – 18 : 00, istirahət günü – şənbə, bazar;
• AR qanunvericiliyinə əsasən sənədləşmə;
• Telefon danışıq haqqının verilməsi;

Namizədə tələblər

• Ali təhsil;
• Mobil telefon və elektronika satışı sahəsində minimum 3 il iş təcrübəsi;
• Şəxsi avtomobili olmalı;
• Rus dili arzu olunandır;
• Kollektiv ilə işləmə bacarığı;
• Yaş həddi 25-35

CV-lərinizi office@growit.az email ünvanına yazıb göndərin, mövzu hissəsində vakansiyanın adını qeyd edin. Yalnız email vasitəsi ilə göndərilən CV-lər qəbul olunur. Zənglər qəbul edilmir. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department