Sosial iqtisadiyyat

Metro və avtobuslar 4 gün işləməyəcək - RƏSMİ

17 iyulda ictimai nəqliyyat işləyəcək. Nazirlər Kabinetindən verilən məlumata görə, 18, 19, 20, 21 iyul bayram günlərində ictimai nəqliyyat, o cümlədən metro işləməyəcək.

Qeyd edək ki, 20-21 iyul Qurban bayramına təsadüf etdiyindən Azərbaycanda qeyri-iş günləridir. İstirahət günlərinin ardıcıdllığını təmin etmək üçün Nazirlər Kabineti tərəfindən 17 iyul (şənbə) və 19 iyul (bazar ertəsi) günlərinin yeri dəyişdirilib.

Bu dəyişiklikdən əvvəl verilən xüsusi karantin rejimində ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı sonuncu qərara əsasən, 17 iyul şənbə gününə təsadüf etdiyindən, ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılırdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department