Sağlamlıq

Azərbaycanda da aşkarlanan “Delta” ştammının əlamətləri nələrdir?

Xəbər verdiyimiz kimi, ölkə xaricindən Azərbaycana gəlmiş şəxslərdən götürülmüş nümunələrin 31-də koronavirusun  B.1.617 (Delta) variant aşkarlanıb.

ENA.az Hindistanda meydana gələn və sürətlə digər ölkələrə yayılan ştammın əlamətlərini təqdim edir:

Araşdırmalara görə, "Delta" variantına yoluxmuş şəxslərdə adətən ilk olaraq mədə-bağırsaq traktı pozulur. Bu ştamma yoluxmuş pasiyentlər adətən, ishal və qarın ağrısından şikayətlənir. Qeyd edilən simptomlar, eyni zamanda baş ağrısı, öskürək, halsızlıq və əzələ ağrısı ilə paralel özünü göstərə bilir. Qusma və hərarətin yüksəlməsi də Delta variantının simptomları arasındadır.

Eləcə də bax: Peyvəndə əks göstərişi olan şəxslərə tibbi arayış veriləcəkmi?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, peyvənd olunanlar bu ştamma yoluxarsa, xəstəliyi yüngül keçirir. Bundan başqa, vaksin vurulanların "Delta" ştammı ilə xəstəxanaya yerləşdirilmə faizinin çox aşağı olduğu qeyd edilir. Üstəlik, peyvənd olunanların əksəriyyəti xəstəliyi asimptomatik keçirir.

Qeyd edək ki, "Delta" ştammı ilk dəfə ötən ilin oktyabrında Hindistanda aşkarlanıb. Ştammın “Delta Plus” variantının daha yoluxucu olduğu müəyyən edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department