Bank Respublika mikro kredit faizlərini 11%-ə endirdi!
Ölkəmizdə real sektoru aktiv dəstəkləyən və sahibkarlığın inkişafına böyük önəm verən Bank Respublika, şəxsi biznes sahibləri üçün kredit şərtlərini daha da əlverişli edib!
Belə ki, Bank mikro və aqro kreditlər üzrə faiz dərəcəsini 11%-dək endirib və şərtləri daha əlverişli edib:
- Məbləğ – 50.000 AZN;
- Müddət – 36 ayadək;
- Komissiya – yox;
- Güzəşt müddəti – 9 ayadək.
Bundan başqa krediti zaminsiz əldə etmək imkanı da var.
Kredit ticarət, kənd təsərrüfatı, xidmət və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün iş adamlarına təqdim olunur.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.