Avtomobil

Daimler Volkswagen və BMW-ni “satdı”, Avropa İttifaqı cərimələdi - 1 MİLYARD DOLLAR

Avropa İttifaqı  alman avtomobil nəhəngləri Volkswagen və BMW-ni 875 milyon avro (1 milyard dollardan artıq) cərimələyib.

ENA.az xəbər verir ki, Avropa Komissiyasının rəqabət üzrə vitse-prezidenti Marqret Vestaqerin açıqlamasında 5 avtomobil şirkətinin - Daimler, Volkswagen, BMW, Audi və Porschenin (sonuncu 2-si Volkswagen Group-un tərkibindədir) 2006-2014-cü illər ərzində qabaqcadan əlbir olaraq, avtomobillərdə atmosferə buraxılan qazları təmizləyən texnologiyaları gizlətdiyi və onların tətbiqini ləngitdiyi bildirilir.

Araşdırma adıçəkilən şirkətlərin Avropa İttifaqında icrası məcburi olan ekoloji göstərişləri yerinə yetirmədiklərini üzə çıxarıb. Onların içində təkcə Daimler 727 milyon avro cərimədən xilas ola bilib. Səbəb isə çox maraqlıdır: gizli qruplaşmanın mövcudluğunu Avropa rəsmilərinə elə Daimler özü xəbər verib...

Volkswagen 502 milyon avro, BMW isə 373 milyon avro cərimə ödəcəyək. Hər iki şirkət ittiham olunduqları məsələnin sadəcə ilkin müzakirə səviyyəsində qaldığını, heç vaxt gerçəkləşmədiyini qeyd edib və sentyabrın ortasına kimi məhkəməyə müraciət etmək barədə düşünəcəklərini bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)