Gəncədə partlayıcı maddələr istehsal edəcək zavod açılacaq
![](https://ena.az/uploads/news/2021-07/_ena_a378eea1e611b9d1bce316a7f_o.jpg)
Gəncə şəhərində sənaye partlayıcılarının istehsalını həyata keçirəcək zavodun inşası planlaşdırılır.
ENA.az xəbər verir ki, bu barədə “AzerGold”un QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Sözügedən zavod fəaliyyəti daimi iş yerlərinin açılmasına, dağ-mədən sənayesinin yan sahələrinin və qeyri-neft sektorunun inkişafı, o cümlədən ixracın şaxələndirilməsinə xidmət edəcək.