Elektromobillərin istehsalı daxili yanma mühərrikli avtomobillərdən 32% daha zərərlidir
Elektrikli nəqliyyat vasitələrinin istehsalı daxili yanma mühərrikli avtomobillərdən 32% daha zərərlidir. Banker.az xəbər verir ki, bunu Çikaqodakı “Aragonese National” laboratoriyasının işçiləri müəyyən ediblər.
Tədqiqat nəticəsində alimlər elektrikli avtomobillərin ehtiyat hissələrinə görə ekologiyaya daha çox zərər verdiyini aşkar ediblər. Ekologiyanın pozulmasında əsas rol batareyalar oynayır. Belə ki, elektromobillərdə istifadə olunan batareyalar üçün filiz emal olunur. Beləliklə, CO2 tullantılarının olmaması səbəbindən elektrikli nəqliyyat vasitələri yalnız uzunmüddətli istifadə zamanı ətraf mühitə dəyən ziyanı kompensasiya edə bilirlər.
Misal üçün “Tesla Model 3” və “Toyota Camry” avtomobillərini götürək. Yuxarıda göstərilən elektromobil benzin mühərrikli avtomobilin cəmi 18-20 min km-lik gedişini kompensasiya edir. Üstəlik, nəzərə almaq lazımdır ki, hər bir ölkədə elektrik enerji fərqli üsullarla istehsal olunur. Məsələn, ABŞ-da elektrik enerjisinin 20%-dən çoxu istilik elektrik stansiyalarında kömürün yanması nəticəsində “çirkli” şəkildə istehsal edilir. Elektrik enerjisinin yalnız istilik elektrik stansiyalarında (Polşa və ya Çin kimi) alındığı ölkələri nəzərə alsaq, orada benzin mühərrikli avtomobillərin ekologiyaya vurduğu zərəri elektromobillərin 125.9 min km gedişinə bərabərdir.
Nəşr olunan məlumatlara görə, bir elektrikli nəqliyyat vasitəsi ildə təxminən 8.1 milyon qram karbon qazı istehsal edir, daxili yanma mühərrikli avtomobillərdə isə bu göstərici 30% azdır və 5.5 milyon qram təşkil edir.
Çikaqodan olan tədqiqatçıların hesablamalarına görə, benzinlə işləyən avtomobil ildə təxminən 4.6 milyon qram, kömür enerjisindən istifadə edən elektromobil isə 4.1 milyon qram karbon qazı istehsal edir.