MALİYYƏ

Azərbaycanda bir milyon manata retro avtomobil satılır - VİDEO

Ağstafa rayonunun Köçəsgər kənd sakini Tural Abbasəliyev atasına hədiyyə edilən “Çayka” markalı avtomobili 30 ildir göz bəbəyi kimi qoruyur. 

"BI" xəbər verir ki, avtomobilin  mühərrik həcmi 5.5 litr, avtomat ötürücü və geniş salona malikdir.

1973-cü ildə istehsal edilən bu avtomobil qeyri-adi görünüşü ilə diqqət çəkir. Bu avtomobil öz dövründə dövlət və hökumət adamları, nazirlər üçün nəzərdə tutulub.

Hazırda retro avtomobil kimi dəyərləndirilən bu maşına yüksək qiymət təklif etsələr də, sahibi onu satmaq istəməyib. Çünki sahibi onu fantastik qiymətə - bir milyon manata satmaq niyyətindədir.

Rusiyanın Qorki avtomobil zavodunun istehsalı olan bu maşın görənlərin marağına səbəb olur. Hətta onunla şəkil çəkdirənlər də olur. Toy, klip, film çəkilişlərinə də dəvət az deyil. Tural “Çayka” avtomobili ilə paytaxtdakı retro avtomobil sərgilərinə də qatılmaq istəyir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)