BİZNES

Kiçik və orta sahibkarlıq sahəsində ABŞ ilə memorandum imzalanacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) arasında özəl sektorun inkişafı proqramı çərçivəsində yaxın vaxtlarda xırda, kiçik, orta sahibkarlığının inkişafına dair anlaşma memorandumu imzalanıb.

ENA.az xəbər verir ki, bu barədə KOBİA idarə heyətinin sədri Orxan Məmmədov bildirib.

“Memorandumda əksini tapan əsas əməkdaşlıq istiqamətləri arasında xırda, kiçik, orta müəssisələr üçün təlim keçirilməsi, onların təşkilat potensialının və idarəçilik keyfiyyətinin artırılması, maliyyə mənbələrindən istifadə etmələrinin araşdırılması var. Həmçinin işgüzar və sənaye birliklərinin imkanlarını artlırmaqla bağlı da tədris və şəbəkə tədbirləri keçiriləcək”, – təşkilat rəhbəri deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)