Qızıl yenidən ucuzlaşır
Qızıl qiymətləri iki hərracda artdıqdan sonra yenidən azalmağa başlayıb.
ENA.az “Trading Economics”ə istinadən xəbər verir ki, NYMEX-dəki hərraclarda qızılın avqust fyüçersləri 0,6 faiz ucuzlaşaraq 1,770,8 ABŞ dollarından satılıb. Son 7 həftənin ən aşağı həddi olan 1760 dollar iyunun 17-də qeydə alınmışdı.
“Saxo Bank”ın ekspertlərinin qənaətinə görə, sentyabr ayının sonuna yaxın qızıl 1800 dollar dəyərində ola bilər.