Bayden: “İranın nüvə silahına malik olmasına imkan verməyəcəm”

ABŞ Prezidenti Co Bayden İranın nüvə silahına malik olmasına imkan verməyəcəyini açıqlayıb.
Bu barədə “Associated Press” yazıb.
“İran bu məsələni nəzərdə saxladığım müddətdə nüvə silahı əldə etməyəcək”, - deyə C.Bayden bildirib.
O, daha əvvəl İranın dəstəklədiyi yaraqlıların istifadə etdiyi obyektlərə aviazərbələr endirilməsinə göstəriş verib. Hədəflər İraq və Suriya sərhədində olub.