Koronavirusun ən yoluxucu ştammı açıqlandı
“Hazırda koronavirusun “Delta ştammı” azı 85 ölkədə mövcuddur, peyvənd edilməmiş əhali arasında sürətlə yayılır”.
ENA.az TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.
ÜST rəhbəri “Delta”nı COVID-19 mutasiyaları arasında təsbit edilən ən yoluxucu variant adlandırıb: “Bir sıra ölkələrdə koronavirus pandemiyası ilə əlaqəli məhdudiyyətlərin yumşaldılması fonunda dünyada COVID-19-un yayılması güclənir. Nə qədər çox yoluxma halları varsa, bir o qədər çox seçim var. Bu baxımdan "COVID-19-un yayılmasının qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə edilməlidir”
Qebreyesus bildirib ki, məhz buna görə də bütün ölkələrdə peyvəndləmə prosesini bərabər təmin etmək vacibdir.