Microsoftun kapitallaşması 2 trilyon dolları keçdi
Microsoft Corporasiyasının bazar dəyəri 2 trilyon dolları keçərək Apple Inc-dən sonra ikinci Amerika şirkəti oldu. Microsoftun səhminin qiyməti 0,5% artaraq 266,69 dollara çatdı. Buna əsasən şirkətin kapitallaşması 2.009 trilyon dollardır.
Microsoft səhm kotirovkaları 2020-ci ilin mart ayında COVID-19 pandemiyasının başlanğıcında minimuma enmişdi, lakin o vaxtdan bəri demək olar ki, iki dəfə 96% artdı.
MarketWatch-a görə analitiklər Microsoft səhmlərinin artım perspektivlərinə müsbət yanaşmağa davam edirlər. Səhm qiyməti üçün orta proqnozu 294,73 dollardır ki, bu da cari qiymətdən 11% yüksəkdir.
İlk dəfə Avqust ayında 2 trilyon dollarlıq həddi aşan Apple’ın bazar dəyəri indi 2,2 trilyon dolları keçdi. Cümə axşamı şirkətin səhmləri 0,2% azaldı.