Dövlət qulluqçularının əməkhaqqı 19 % artıb
Bu il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 26,7 min nəfər olub ki, onların da 27,5 %-ni qadınlar təşkil edir.
ENA.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, dövlət qulluqçularının 6,4 %-i dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 3,5 %-i 4-cü təsnifatı, 12,3 %-i 5-ci təsnifatı, 8,4 %-i 6-cı təsnifatı, 48,8 %-i 7-ci təsnifatı, 20,6 %-i isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.
Dövlət qulluqçularının 6,3 %-i 1 ilədək, 25,2 %-i 1 ildən 5 ilədək, 24,4 %-i 5 ildən 10 ilədək, 17,8 %-i 10 ildən 15 ilədək, 26,3 %-i isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının 2,7 %-ni 25 yaşadək, 13,7 %-ni 25-29 yaşda, 16,8 %-ni 30-34 yaşda, 14,8 %-ni 35-39 yaşda, 12,3 %-ni 40-44 yaşda, 9,1 %-ni 45-49 yaşda, 8,7 %-ni 50-54 yaşda, 10,9 %-ni 55-59 yaşda, 9,2 %-ni 60-64 yaşda, 1,8 %-ni 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.
2020-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 18,9 % artaraq 1 215,5 manat təşkil edib.