MALİYYƏ

İnnovasiyalar Agentliyi 2 milyon manatdan çox zərər açıqladı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında İnnovasiyalar Agentliyi 2020-ci ili 2 milyon 225 min manat zərərlə başa vurub. 2019-cu ildə isə Agentliyin zərəri 948 min manat olub ki, bu da illik müqayisədə zərərin 2.4 dəfə artması deməkdir.

ENA.az bu barədə İnnovasiyalar Agentliyinin maliyyə hesabatına istinadən xəbər verir.

2020-ci ildə İnnovasiyalar Agentliyinin ticarət fəaliyyətindən əldə edilən gəlirləri 64 min manat (əvvəlki il 8 min manat), investisiya gəliri 35 min manat (əvvəlki il 16 min manat), maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyat ayırmalarının bərpası 11 min manat, əməliyyat xərcləri 65 min manat (əvvəlki il 14 min manat), inzibati xərclər 2 milyon 272 min manat (əvvəlki il 634 min manat) təşkil edib.

31 dekabr 2020-ci il tarixinə Agentliyin cəmi aktivləri 29 milyon 676 min manat olub ki, bu da əvvəlki il ilə müqayisədə 3% çox deməkdir.

İnnovasiyalar Agentliyinin ötən il cəmi öhdəlikləri 731 min manatdan 760 min manata, cəmi kapitalı isə 28 milyon 204 min manatdan 28 milyon 916 min manata çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)