Elm və Texnologiya

“Apple” iOS 15 əməliyyat sistemini təqdim etdi

“Apple” korporasiyası “WWDC 2021” təqdimatı çərçivəsində iPhone və iPad cihazları üçün yeni iOS 15 əməliyyat sistemini təqdim edib. Banker.az bu barədə “Gazeta.ru”ya istinadən xəbər verir.

Yeniləmədə bir neçə funksiya dəyişdirilib, eyni zamanda bir neçəsi əlavə olunub. Məsələn, təyyarə rejimi bir neçə seçimdə mövcud olacaq: “iş”, “şəxsi” və “istirahət”. Konfiqurasiyadan asılı olaraq onlar bildirişlərə təsir edəcək. Kamera fotoşəkil üzərindəki mətni aşkar edə biləcək (daha əvvəl bu funksiya yalnız əlavə proqram təminatı ilə mümkün olub).

“Xəritələr” tətbiqində bəzi şəhərlərin xəritələrində genişlənmiş reallıq çərçivəsində ictimai nəqliyyat cədvəli olacaqdır.

“iMessage” istifadəçilərinə kollaj formatında fotoları paylaşmağa imkan verəcək, “FaceTime”a isə səs-küyü filtrləyən funksiya əlavə ediləcək.

Qeyd olunduğu kimi, bəzi cihazlar da yenilənib – “AirPods” qulaqlıqlarına “Fokus tutmaq” funksiyası əlavə olunub, hansıki istənilən səsi vurğulaya bilir. Qulaqlıqları itirdiyiniz təqdirdə, onları “Lokator” vasitəsilə tapmaq imkanınız olacaq.

Yeni əməliyyat sistemi kütləvi istifadəyə sentyabr ayında veriləcək, sınaqları isə iyunda başlayacaq.

Daha əvvəl “Apple” istifadəçilərin onlar haqqında toplanan məlumatları öyrənmə qabiliyyətindən danışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)