“PAŞA Kapital İnvestisiya Şirkəti” baş ofisinin yerini dəyişib
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin baş ofisi yeni ünvanda fəaliyyət göstərir.
“ENA” xəbər verir ki, maliyyə qurumunun baş ofisi indiyə qədər fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 69 ünvanından (“ISR Plaza” iş mərkəzi) Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 (“Caspian Plaza” iş mərkəzi) ünvanına köçürülüb.
Xatırladaq ki, “PAŞA Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.